İspaniya La Liqası: "Barselona" "Atletiko"nu məğlub edib

7-04-2019, 00:54           
İspaniya La Liqası: "Barselona" "Atletiko"nu məğlub edib
Futbol üzrə İspaniya La Liqasında XXXI turun oyunları keçirilir.

"Report" xəbər verir ki, lider "Barselona" evdə ikinci pillədə qərarlaşan "Atletiko" ilə üz-üzə gəlib. Qarşılaşma Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki hər iki qol oyunun sonlarına təsadüf edib. Luis Suares 85-ci, Lionel Messi isə 87-ci dəqiqədə fərqlənib. Qonaqların heyətində Dieqo Kosta 28-ci dəqiqədə qırmızı vərəqə almaqla komandasını azlıqda qoyub.

"Real Madrid" isə doğma azarkeşlər önündə "Eybar"la qarşılaşıb. Madrid təmsilçisi fasiləyə məğlub durumda yollansa da ikinci hissədə Kərim Benzemanın qolları sayəsində qələbə qazanıb - 2:1.

Qeyd edək ki, bu nəticələrdən sonra "Barselona" 73 xalla 1-ci, "Atletiko" 62 xalla ikinci, "Real Madrid" isə 60 xalla üçüncü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru