“Barselona“ transfer bombasını partladır - Rəsmi açıqlama

7-04-2019, 16:21           
“Barselona“ transfer bombasını partladır - Rəsmi açıqlama
"Barselona"nın Yosep Maria Bartomeu "Ayaks"dan Mattis de Liqtin transferi ilə bağlı açıqlama verib.

Fanat.Az xəbər verir ki, ESPN-ə danışan klub rəhbəri 19 yaşlı futbolçu ilə maraqlandıqlarını etiraf edib:

"De Liqt haqqında danışacağımız zaman gələcək. Bu futbolçu həqiqətən də gündəmimizdədi. Açığı bununla bağlı nələrin baş verəcəyini bilirəm, amma indi bunları danışmağın zamanı deyil".

Bartomeunun bu açıqlaması gənc futbolçunun "Barselona"ya transferinin böyük ölçüdə həll olunması kimi şərh edilib.

Qeyd edək ki, "Ayaks"la 2021-ci ilədək müqaviləsi olan gənc futbolçunun transfer dəyəri 70 milyon avrodu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru