Bu gün UEFA Çempionlar Liqasında1/4 final mərhələsinin ilk 2 oyunu keçiriləcək

9-04-2019, 07:40           
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Bu gün UEFA Çempionlar Liqasında1/4 final mərhələsinin ilk 2 oyunu keçiriləcək

“Report” xəbər verir ki, ilk iki oyun İngiltərədə keçiriləcək.

Premyer Liqada rəqabət aparan “Tottenhem” və “Mançester Siti” komandaları tarixlərində ilk dəfə avrokubokda üz-üzə gələcəklər. Hər iki kollektiv 1/8 finalda Almaniya təmsilçisini mübarizədən kənarlaşdırıb. Londonlular Dortmund “Borussiya”sından (3:0, 1:0), “şəhərlilər” isə “Şalke”dən (3:2, 7:0) güclü olublar.

Komandaların heç birinin heyətində cəzalı futbolçu olmasa da, zədəlilər var. Erik Dayer və Erik Lamela zədə üzündən meydana çıxa bilməyəcək. Serj Orye ilə Fernando Lyorentenin durumu isə sual altındadır.

“Mançester Siti”də Klaudio Bravo və Aleksandr Zinçenko zədədən əziyyət çəkir. Fabian Delf, Kayl Uoker və Kun Aqueronun isə oynayıb-oynamayacaqları bilinmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru