İngiltərə Premyer Liqası "Çelsi" "Vest Hem"ə qalib gələrək üçüncü yerə çıxıb

9-04-2019, 07:41           
İngiltərə Premyer Liqası "Çelsi" "Vest Hem"ə qalib gələrək üçüncü yerə çıxıb
"Çelsi" futbol üzrə İngiltərə çempionatının 33-cü turunun matçında "Vest Hem Yunayted"ə 2:0 hesabı ilə qalib gəlib.

"Report" xəbər verir ki, qarşılaşma Londonda "Stemford Bric" stadionunda baş tutub.

Oyunda hesab 24-cü dəqiqədə açılıb. "Aristokratlar"dan qolun müəllifi yarımmüdafiəçi Eden Azar olub. Qarşılaşmada ikinci qola da o imza atıb.

Bu qələbə sayəsində "Çelsi" 66 xal toplayaraq İngiltərə çempionatının yarış cədvəlində üçüncü yerdə qərarlaşıb. "Vest Hem" 42 xalla 11-ci yerdə qalıb.

"Çelsi" növbəti turda səfərdə "Liverpul"a qarşı oynayacaq. Matç aprelin 14-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru