"Yuventus"un iki oyunçusunun zədəsi sağaldığından onlar "Ayaks"la oynaya biləcək

9-04-2019, 07:43           
"Yuventus"un iki oyunçusunun zədəsi sağaldığından onlar "Ayaks"la oynaya biləcək
"Yuventus"un portuqaliyalı hücumçusu Kriştianu Ronaldu zədədən sonra bərpa olub və aprelin 10-da Çempionlar Liqasının 1/4 final matçında "Ayaks"a qarşı oynaya biləcək.

"Report" xəbər verir ki, portuqaliyalı ötən gün ümumi qrupda məhdudiyyətsiz məşq edib. Beləliklə, hücumçu "Ayaks"la matçda komandanın heyətinə düşəcək.

Komandada ümumi heyətə həmçinin braziliyalı hücumçu Duqlas Kosta qayıdıb. Yarımmüdafiəçi Emre Cana gəlincə, o, "Milan"ıa (2:1) İtaliya çempionatının 32-ci turunun matçında almış zədəyə görə məşqi buraxmalı olub.

Qeyd edək ki, "Ayaks" - "Yuventus" matçı Amsterdamın "Yohan Kruiff Arena" stadionunda keçriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru