Daha bir güləşçimiz ermənini MƏĞLUB ETDİ

13-04-2019, 17:29           
Daha bir güləşçimiz ermənini MƏĞLUB ETDİ
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

Hurriyyet.org xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Artur Şahinyana qalib gələrək 1/4 finala yüksəlib.

Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib. Yunan-Roma güləşçilərindən finala yüksələn İslam Bayramov (87 kq) isə Maksim Manukyanı üstələyib.

Qeyd edək ki, bu gün Azərbaycanın digər yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq) və Rafiq Hüseynov (82 kq) mübarizəyə qoşulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru