“Yuventus” vaxtından əvvəl çempion olmaq şansını qaçırıb

14-04-2019, 09:23           
“Yuventus” vaxtından əvvəl çempion olmaq şansını qaçırıb
Turinin “Yuventus” klubu İtaliya A Seriyasının 32-ci turunda SPAL-a məğlub olub.

“Report” xəbər verir ki, Ferrara şəhərinin “Paolo Mattsa” stadionunda baş tutan görüş 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Oyunda ilk olaraq “byankonyeri”lər fərqlənib. Moyze Kin 30-cu dəqiqədə hesabı açaraq, çempionatda keçirdiyi ardıcıl dördüncü oyunda qol vurub. İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə SPAL Kevin Bonifatsi, 74-cü dəqiqədə isə Serco Flokkarinin vurduğu qollar sayəsində hesabda önə çıxıb.

“Yuventus” SPAL-a uduzmaqla, vaxtından əvvəl çempion olmaq imkanını qaçırıb. Hazırda Turin komandası turnir cədvəlində liderliyini davam etdirir və ən yaxın izləyicisi olan “Napoli”ni 20 xal qabaqlayır.

İtaliya A Seriyası. 32-ci tur

SPAL – “Yuventus” – 2:1












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru