Azərbaycanın daha bir samboçusu Avropa çempionatında medal qazanıb

14-04-2019, 16:53           
Azərbaycanın daha bir samboçusu Avropa çempionatında medal qazanıb
Azərbaycanın daha bir samboçusu Kiprin Limasol şəhərində yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
“Report”un məlumatına görə, 87 kq-dan yuxarı çəki dərəcəsində yer alan Toğrul Salmanov fəxri kürsüyə yüksəlib. 18 yaşlı idmançı yeniyetmələrin mübarizəsində fərqlənib.
Qeyd edək ki, daha əvvəl Vilayət Bayramov gənclərin yarışında 62 kq çəkidə bürünc medala sahib olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru