“Yuventus”dan şok transfer: 100 milyon avro…

14-04-2019, 17:13           
“Yuventus”dan şok transfer: 100 milyon avro…
“Yuventus”un yayda heyətinə qatmaq istədiyi daha bir futbolçunun kimliyi müəyyənləşib.

Fanat.az xəbər verir ki, Turin klubu bu mövsüm performansı ilə diqqətləri üzərinə çəkən “Benfika”nın gənc ulduzu Joao Feliksin transferi üçün hərəkətə keçib.

Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Ayntraxt”a (Frankfurt) 3 qol vuraraq həftənin ən yaxşısı seçilən 19 yaşlı futbolçu üçün “Yuventus” 100 milyon avro təklif edəcək. “Tuttosport”un məlumatına görə, Turin klubu Paulo Dibalanı sataraq bu transferi reallaşdırmaq qiyyətindədi.

Qeyd edək ki, Joao Feliks cari mövsümdə oynadığı 36 matçda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru