Çempionlar Liqası: Yarımfinala vəsiqə qazanan ilk 2 komandanın adı müəyyənləşib - VİDEO

17-04-2019, 01:22           
Çempionlar Liqası: Yarımfinala vəsiqə qazanan ilk 2 komandanın adı müəyyənləşib - VİDEO
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanan ilk 2 komandanın adı müəyyənləşib.

"Report"un məlumatına görə, bunlar İspaniya "Barselona"sı ilə Hollandiya "Ayaks"ıdır. Onlar 1/4 final mərhələsində müvafiq olaraq, İngiltərənin "Mançester Yunayted" və İtaliyanın "Yuventus" klublarını mübarizədən kənarlaşdırıb.

Hər iki cavab görüşündə qapılara 3 qol vurulub. "Barselona" İngiltərədəki ilk görüşdə 1:0 hesabı yendiyi "Mançester Yunayted"i "Nou Kamp"da darmadağın edib. İlk iki qolu 16-cı və 20-ci dəqiqələrdə Lionel Messi vurub. Son nöqtəni isə 61-ci dəqiqədə Filippe Koutinyo qoyub. 12-ci dəqiqədə isə almaniyalı baş hakim Feliks Brıx meydan sahiblərinin lehinə penalti təyin etsə də, VAR sisteminə müraciətdən sonra qərarını ləğv edib.



Gecənin sensasiyası isə İtaliyada qeydə alınıb. "Yuventus" Hollandiyada 1:1 hesablı heç-heçə etdiyi "Ayaks"a öz meydanında məğlub olub - 1:2. Hərçənd, hesabı 28-ci dəqiqədə Kriştianu Ronaldu açıb. Həmin epizodda qonaqlar qayda pozuntusunun olduğunu iddia etsələr də, VAR sisteminə müraciətdən sonra fransalı referi Kleman Türpen qərarını qüvvədə saxlayıb. Bundan cəmi 6 dəqiqə sonra Donni van de Beek bərabərlik qolunu vurub. Bu qol da VAR-a baxıldıqdan sonra rəsmiləşib. 67-ci dəqiqədə isə amsterdamlıların kapitanı Matteys De Liqt qələbə topuna imza atıb. Bununla da "Ayaks" tarixində ilk dəfə "Yuventus"a qalib gəlib.



1/4 final mərhələsinin daha 2 cavab görüşü bu gün keçiriləcək. İngiltərədə "Mançester Siti" "Tottenhem"i, Portuqaliyada isə "Portu" İngiltərə "Liverpul"unu qəbul edəcək. İlk görüşlərdə "Tottenhem" 1:0, "Liverpul" isə 2:0 hesabı ilə qalib gəlib. Bu cütlərin qalibləri müvafiq olaraq, "Ayaks" və "Barselona"ya rəqib olacaqlar.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

16 aprel

23:00 "Barselona" (İspaniya) - "Mançester Yunayed" (İngiltərə) - 3:0

Qollar: Lionel Messi, 16; 20. Filippe Koutinyo, 61

Baş hakim: Feliks Brix (Almaniya)

Barselona, "Nou Kamp" stadionu

İlk oyun - 1:0

23:00 - "Yuventus" (İtaliya) - "Ayaks" (Hollandiya) - 1:2

Qollar: Kriştianu Ronaldu, 28 - Donni van de Beek, 34. Matteys De Liqt, 67

Baş hakim: Klemen Turpin (Fransa)

Turin. "Juventus Stadium"

İlk oyun - 1:1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru