İranlı boksçu qadın mollaların qadağasını rədd etdi - FOTO
18-04-2019, 15:42
Teref.az xarici meiaya istinadən yazır ki, Sədəf Qədim iranlı qadın boksçudur. Fransada İran adına ilk qadın boksçu kimi rinqə çıxıb və qalib gəlib. Ancaq İrana dönməkdən imtina edib. Çünki o, Fransada olanda İran hakim dairələri onun həbs olunması haqqında qərar çıxarıb.
İran tərəfi isə bunu Səudiyyə Ərəbistanına bağlı medianın uydurması adlandırıb.
İran qadınların boksla məşğul olmasına təzə icazə verib. Şərt də odur ki, qadın boksçu rinqə hicabla çıxmalıdır. Fotoda gördüyünüz kimi, Fransada olan xanım boksçu bu qadağaya məhəl qoymayıb... Elbeyi Hesenli