Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib

19-04-2019, 07:31           
Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib
Futbol üzrə Avropa Liqasının ¼ final mərhələsinin cavab oyunları başa çatıb.

"Report" xəbər verir ki, turnirin növbəti "play-off" mərhələsinə "Valensiya" (İspaniya), "Çelsi" və "Arsenal" (İngiltərə), həmçinin "Ayntraxt" (Almaniya) klubları vəsiqə qazanıb.

Avropa Liqasının yarımfinal cütlükləri

"Arsenal" — "Valensiya"

"Ayntraxt" — "Çelsi".

Avropa Liqasının ½ final mərhələsinin ilk matçları mayın 2-də, cavab oyunları isə mayın 9-da keçiriləcək. Qaliblər 29 may tarixində Bakının "Olimpia" stadionunda keçiriləcək final matçında üz-üzə gələcəklər.

Turnirin ¼ final mərhələsində "Valensiya" iki oyunun nəticəsinə görə, "Vilyarreal"dan (3:1, 2:0), "Arsenal" "Napoli"dən (2:0, 1:0), "Çelsi" "Slaviya"dan (1:0, 4:3), "Ayntraxt" isə "Benfika"dan (2:4, 2:0) üstün olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru