"Monako" və PSJ futbolçuları Notr Damın rəmzi olan forma ilə oynayacaqlar

20-04-2019, 07:27           
"Monako" və PSJ futbolçuları Notr Damın rəmzi olan forma ilə oynayacaqlar
"Monako" və PSJ futbol klubları Fransanın birinci Liqasının 33-cü turu yanğın nəticəsində zərər çəkmiş Notr-Dama dəstək olaraq xüsusi rəmzi olan futbol köynəkləri ilə oynamaq barədə qərar qəbul edib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, matça həmçinin Parisin məşhur kilsəsində baş vermiş yanğının söndürülməsində iştirak etmiş 500 xilasedici dəvət edilib. Onlardan 2-i topa simvolik olaraq birinci zərbəni endirəcəklər.

Qeyd edək ki, bir neçə gün əvvəl Fransa paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsində ("Notr-Dam de Pari"-red) yanğın baş verib. Yanğın nəticəsində kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru