Məşhur boksçunun 11 kiloluq qızıl boyunbağı - FOTO
20-04-2019, 19:44
Naməğlub dünya çempionu Floyd Meyvezer 11 kiloqram ağırlığında olan qızıl boyunbağı ilə yenidən gündəmə gəlib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, rinqə çıxdığı 50 döyüşün hamısında qələbə qazanan boksçu idman həyatından daha çox özəl həyatı və nümayişkəranə hərəkətləri ilə yadda qalmağa davam edir.
Daha əvvəl bahalı saatları, avtomobilləri, yaşadığı malikanələri və şəxsi təyyarələri ilə ağıllarda qalan F. Meyvezer bu dəfə NBA matçında taxdığı aksesuarla gündəmə gəlib. Basketbol matçına baxmağa gələn amerikalı boksçu taxdığı 11 kiloqramlıq qızıl boyunbağı görənləri təəccübləndirib. "Forbes" jurnalının məlumatına görə, F. Meyvezerin 2018-ci ildə gəliri 1 milyard dolları keçib.