La Liqa: Liderlər qələbə qazanıb, autsayderlər "sülh" bağlayıb

21-04-2019, 10:01           
La Liqa: Liderlər qələbə qazanıb, autsayderlər "sülh" bağlayıb
İspaniya La Liqasında XXXIII turun 4 oyunu keçirib.

ONA-nın məlumatına görə, liderlər günü qələbə ilə başa vurublar.

Belə ki, "Barselona" və "Atletiko" növbəti 3 xalını qazanmaqla, xal fərqlərini qoruyublar. Onlar müvafiq olaraq, "Real Sosyedad" və "Eybar"dan güclü olublar.

"Selta" "Jirona"ya qalib gəlməklə, mövqeyini yaxşılaşdırıbsa, autsayderlər - "Rayo Valyekano" ilə "Ueska"nın duelində qalib müəyyənləşməyib.

Qeyd edək ki, turun digər oyunları aprelin 21-də keçiriləcək.

İspaniya La Liqası
XXXIII tur
20 aprel
"Selta" - "Jirona" - 2:1
Aspas, 34, Boufal, 69 - Portu, 48
"Eybar" - "Atletiko" - 0:1
Lemar, 85
"Rayo Valyekano" - "Ueska" - 0:0
"Barselona" - "Real Sosyedad" - 2:1
Lanqle, 45, Alba, 64 - Xuanmi, 62












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru