İngiltərə Premyer Liqası:"Mançester Yunayted" "Everton"a böyük hesabla uduzub

22-04-2019, 00:36           
İngiltərə Premyer Liqası:"Mançester Yunayted" "Everton"a böyük hesabla uduzub
“Mançester Yunayted” futbol üzrə İngiltərə çempionatının 35-ci turunun matçında “Everton”a məğlub olub.

“Report” xəbər verir ki, qarşılaşma “Qudison Park” stadionunda keçirilib.

Matç meydan sahiblərinin – “Everton”un 0:4 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 13-cü dəqiqədə Rişarlison açıb. Bundan 15 dəqiqə sonra Qilfi Siqurdsson (28-ci dəqiqə) “Everton”un 2-ci qolunu vurub. “Mançester Yunayted”in qapısına digər iki qol qarşılaşmanın 56 və 64-cü dəqiqələrdə vurulub. Lyuka Din və Teo Uolkott “Mançester Yunayted”i oyuna mərkəzdən başlamağa məcbur ediblər.

Bununla da “Mançester Yunayted” Ule Qunnar Sulşerin rəhbərliyi altında İngiltərə çempionatında ilk dəfə böyük hesablı məğlubiyyətlə üzləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru