Ronaldodan atmacalı paylaşım - "Yalnız bir nəfər"

23-04-2019, 07:34           
Ronaldodan atmacalı paylaşım - "Yalnız bir nəfər"
"Yuventus"un hücumçusu Kriştianu Ronaldo atmacalı paylaşin edib.

Teleqraf.com xəbər verir ki, Turin klubunun heyətində A Seriyasının qalibi olmaqla, üç ölkədə - İngiltərə, İspaniya və İtaliyada çempionluq yaşayan ilk futbolçu kimi tarixə düşən portuqaliyalı superulduz qazandığı uğuru şəxsi "İnstaqram" hesabında "Yalnız bir nəfər" başlığı ilə paylaşıb.

34 yaşlı futbolçu fotonun altında sözügedən ölkələrin bayraqlarını da qeyd edib. O, bununla futbolda heç kimin edə bilmədiyini bacardığına işarə vurub.

Qeyd edək ki, Ronaldo "Yuventus"dan əvvəl "Mançester Yunayted" və "Real"ın heyətində də ölkə çempionu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru