Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti BELƏ OLACAQ

25-04-2019, 20:10           
Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti BELƏ OLACAQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin DİA.AZ-a verdiyi məlumatına görə:

Aprelin 26-da

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Aprelin 27-də

Hava əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 16-20 dərəcə isti təşkil edəcək.

Aprelin 28-də

Havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti təşkil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru