Bakıda qəzaya düşən pilot ikinci sərbəst yürüşdə iştirak edə bilməyəcək

26-04-2019, 16:12           
Bakıda qəzaya düşən pilot ikinci sərbəst yürüşdə iştirak edə bilməyəcək
“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü zamanı qəza keçirən Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell ikinci sərbəst yürüşdə iştirak edə bilməyəcək.

“Report” komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı pilotun trasdakı lükün qapağına ilişərək zədələnən bolidinin şassiləri dəyişdirilməlidir.

Qeyd edək ki, hazırda trasdaklı lüklərin qapaqlarının yoxlanılması davam edir. Saat 15:00-a nəzərdə tutulan “Formula 2” yarışının sıralama turu da təxirə salınıb və sessiyanın nə zaman baş tutacağı açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru