“Formula”da bolid iki nəfəri vurdu – VİDEO

26-04-2019, 17:43           
“Formula”da bolid iki nəfəri vurdu – VİDEO
Bakıda keçirilən “Formula” yarışında daha bir xoşagəlməz hal baş verib.

Hadisə marşallar nasazlıq yaranan “Formula-2” pilotu Şon Qlaelə yardım edən zaman baş verib.

Bu zaman bolid hərəkətə gəlib və iki marşalı vurub. Hadisə zamanı marşallar xəsarət almayıb.

Həmin görüntüləri təqdim edirik:


Qeyd edək ki, bundan öncə “Williams” komandasının pilotu Corc Rassellin bolidi kanalizasiya lyukuna ilişdikdən sonra onu aparan evakuasiya maşınının kranı da yerüstü piyada keçidinə dəyib.

Həmçinin, “ART Grand Prix” komandasının rusiyalı pilotu Nikita Mazepin dönmə edərkən qəza edib. (oxu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.