“PSJ”dən De Xeaya fantastik maaş təklifi

27-04-2019, 07:31           
“PSJ”dən De Xeaya fantastik maaş təklifi
“Mançester Yunayted”ın yeni müqavilə təklif etməyi planlaşdırdığı De Xea üçün “PSJ” təklif hazırlayıb.

Modern.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan xəbərlərə görə “PSJ”nin “Mançester Yunayted”ə təklifi 75 milyon avro olacaq. Xəbərdə De Xeanın klubuyla müqavilə yeniləməyəcəyi təqdirdə Fransa nəhənginin təklifinə müsbət baxacağı bildirilib. “PSJ” nin 28 yaşındakı qolkiperə illik 25 milyon avrodan 4 illik müqavilə təklifi gözlənilir.

Qeyd edək ki, klubunda bu mövsüm 44 oyuna çıxan qolkiper qapısında 59 qol görüb, 10 oyunda isə qapısını toxunulmaz saxlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru