“Napoli” “İnter”i darmadağın edib

20-05-2019, 07:07           
“Napoli” “İnter”i darmadağın edib
İtaliya A seriyasında XXXVII tura yekun vurulub.

ONA-nın məlumatına görə, turun son günündə altı oyun keçirilib.

İlk dörd pillədə qərarlaşan komandalar bir-biri ilə üz-üzə gəlib. “Yuventus” “Atalanta”, “Napoli” “İnter”lə görüşüb.

Çempionluğu təmin edən Turin təmsilçisi məğlub duruma düşsə də, meydandan bir xalla ayrılıb. Neapolda isə darmadağın qeydə alınıb. “Napoli” milanlıları 4:1 hesabı ilə məğlub edib. Nəticədə “İnter” 3-cü pilləni də “Atalanta”ya verib.

Günün digər qarşılaşmalarında “Milan” “Frozinone”ni iki, “Parma” “Fiorentina”nı bir qolla məğlub edib. “Empoli” isə “Torino” üzərində böyükhesablı qələbəyə sevinib. Sonuncu pillənin sahibi “Kyevo” “Sampdoriya” ilə görüşdə xal qazanıb.

Qeyd edək ki, tura mayın 20-də yekun vurulacaq.

İtaliya A seriyası
XXXVII tur
19 may
“Kyevo” – “Sampdoriya” – 0:0
“Empoli” – “Torino” – 4:1
Akua, 27, Briqi, 65, Di Lorenzo, 76, Kaputo, 88 – Falk, 56
“Milan” – “Frozinone” – 2:0
Pyatek, 57, Suso, 66
“Parma” – “Fiorentina” – 1:0
Jerson, 80 (avtoqol)
“Yuventus” – “Atalanta” – 1:1
Mancukiç, 80 – İliçiç, 33
“Napoli” – “İnter” – 4:1
Zelinski, 16, Martens, 61, Ruiz, 71, 78 – İkardi, 81 (pen.)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru