"Neftçi" Bakıda heç-heçə oynadığı "Bney Yehuda" ilə ikinci matçını keçirəcək

15-08-2019, 06:17           
"Neftçi" Bakıda heç-heçə oynadığı "Bney Yehuda" ilə ikinci matçını keçirəcək
Bakının “Neftçi” klubu bu gün növbəti avrokubok oyununu keçirəcək.

APA-nın məlumatına görə, Avropa Liqasında mübarizəni davam etdirən Azərbaycan təmsilçisi III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Ölkənin ən titullu klubu İsraildə yerli “Bney Yehuda” ilə görüşəcək. Bakıda 2:2 hesablı heç-heçə ilə kifayətlənən paytaxt klubu səfərdə qalib gəlməyə borcludur.

Pley-offa vəsiqə üçün bakılılar mütləq qələbə qazanmalıdır. Çünki komandanı növbəti mərhələyə daşıya biləcək heç-heçələr üçün ən azı üç qol vurulmalıdır.

Cari mövsüm səfərdə keçirdiyi hər iki görüşdə quru hesabla qalib gələn Roberto Bordinin yetirmələri qrup mərhələsinə bir addım da yaxınlaşmaq üçün bu vəzifənin öhdəsindən gəlməlidir. “Neftçi” bunu bacarsa, pley-offda “Malmö” – “Zrinski” cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Bney Yehuda” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
15 avqust
21:00. “Bney Yehuda” (İsrail) – “Neftçi”
Baş hakim: Daniele Doveri
Baş hakimin köməkçiləri: Alessandro Kostanzo, Alessio Tolfo
Dördüncü hakim: Fabrisio Pasqua (hamısı İtaliya)
Hakim-inspektor: Stefane Lanno (Fransa)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Petah Tikva. "Ha Moşava" stadionu
İlk oyun – 2:2












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru