Həbibin döydüyü idmançı ağladı: Hazır idim...

8-09-2019, 12:29           
Həbibin döydüyü idmançı ağladı: Hazır idim...
Amerikalı döyüşçü Dastin Puarye rusiyalı idmançı Həbib Nurməhəmmədova məğlubiyyətindən dərhal sonra emosional açıqlama verib.

Axar.az xəbər verir ki, Puarye döyüşə yaxşı hazırlaşdığını deyib.

“Mən bilirdim ki, o mənə hücum edəcək. Döyüşə hazırlaşanda, heç bir küncü kəsmədən, hər şeyimi döyüşə verirdim. Mənə elə gəlirdi ki, bütün karyeram yalnız bu döyüş üçündür. Yəqin ki, mən daha çox şey edə bilərdim. Mən həqiqətən hazır idim. İndi hər səhər yuxudan oyanıb, güzgüyə baxıb, bu döyüşün nəticələrini xatırlayacağam”, – deyə o bildirib.

Puarye açıqlama verərkən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, tərəflər arasında UFC titulunu qorumaq uğrunda döyüş şənbə günü Əbu-Dabidə baş tutub. Döyüş Nurməhəmmədovun üçüncü raunddakı boğucu fəndindən dərhal sonra dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru