Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 4 medal qazanıblar

14-10-2019, 01:05           
Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 4 medal qazanıblar

21Oktyabrın 11-13-də Rusiyanın Yakutsk şəhərində sərbəst güləş üzrə Dmitri Korkinin xatirə turniri keçirilib.
APA-nın məlumatına görə, ənənəvi yarışda böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında çıxış edən Azərbaycan pəhləvanlarından dördü fəxri kürsüyə qalxıb.

Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Pərviz İbrahimov (57 kq) ilə Hacımurad Hacıyev (74 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Memorialda beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru