Xətai rayonunda tullantı sularının axdığı küçədə antisanitar vəziyyət – ŞİKAYƏT

Bu gün, 16:46           
Xətai rayonunda tullantı sularının axdığı küçədə antisanitar vəziyyət – ŞİKAYƏT
Tullantı suları, kanalizasiya borularındakı problem, daha bir ərazidə antisanitar şərait yaradıb.

Xezerxeber.az-ın xəbərinə görə, qapıları bu küçəyə açılan fərdi evlərin sakinləri deyir ki, əslində qəzalı vəziyyətdə olan bizim öz kanalizasiya xəttimiz deyil.

Yaxınlıqdakı hündürmərtəbəli binaların, eləcə də obyektlərin boruları burdan keçir və problem də o xətlərdən birindən qaynaqlanır.

Sakinlər ən çox da körpələrin, eləcə də uşaqların xəstələnməyindən ehtiyat edir:

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş su təchizatı xdimətindən sorğumuza cavab olaraq bildirildi ki, qeyd olunan ərazidə, kanalizasiya xəttində tutulma baş verib. Müraciət daxil olan ki, dərhal Xətai rayon Sukanal İdarəsinin Qəza Xidməti tərəfindən xətt təmizlənib, problem həll olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru