Dünyada ən çox şəxsi sərvətə malik ölkələrin siyahısı AÇIQLANIB

Bu gün, 16:28           
Dünyada ən çox şəxsi sərvətə malik ölkələrin siyahısı AÇIQLANIB
Dünyanın şəxsi sərvətinin yarıdan çoxu (54%) ABŞ və Çinin payına düşür.

Bu barədə "Global Wealth Report" araşdırma mərkəzinin 2025-ci il üçün hazırladığı hesabatda qeyd olunur.

Hesabata görə, şəxsi sərvətin ümumilikdə Avropaya düşən həcmi 22 faizdir. Avropa İttifaqı ölkələrinin payına düşən şəxsi sərvət payı isə 16.6% təşkil edir.

Avropada Böyük Britaniya qlobal şəxsi sərvətdə ən böyük paya (3.84%) sahibdir. Almaniya isə 3.76% ilə ikinci yerdədir. Fransanın payı 3.3% təşkil edir.

Avropada ilk beşliyi İtaliya (2.25%) və İspaniya (1.95%) tamamlayır.

"Global Wealth Report"un hesabatına əsasən, dünya sərvətinin 92%-dən çoxu 56 ölkə və bazarı əhatə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru