Hamilə qadınlar niyə qeysəriyyə əməliyyatına üstünlük verirlər? - Həkimlərdən ÇAĞIRIŞ VİDEO

Bu gün, 16:38           
Hamilə qadınlar niyə qeysəriyyə əməliyyatına üstünlük verirlər? -
Qusarda qeysəriyyə əməliyyatından sonra ananın ölümü sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Son illərdə bu kimi hallar daha da artıb.

Ginekoloq Vüsalə Eyvazovanın sözlərinə görə, cərrahi əməliyyat olmadığından təbii doğuşdan sonra əlavə müalicələrə də ehtiyac qalmır.

Psixoloq Fidan Azərqızı isə bildirib ki, qadınlar qeysəriyyə əməliyyatına qorxduqları üçün üstünlük verirlər: "Qadınları doğuşa psixoloji hazırlamaq, onlara hər iki doğuşun üstünlüklərini və risklərini real şəkildə izah etməkdə rolumuz böyükdür".

Mütəxəssislər bildiriblər ki, doğuşun hansı üsulla reallaşacağına qərar verərkən tibbi göstərişlər əsas götürülməli, ana və körpənin sağlamlığı nəzərə alınmalıdır.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru