"Barselona"nın "YouTube" kanalı abunəçi sayına görə rekord vurub
Bu gün, 16:48
İspaniya "Barselona" futbol klubunun "YouTube" kanalı 23.8 milyon abunəçi ilə FIFA və NBA-nı geridə qoyaraq idman təşkilatları və klubları arasında birinci yerdə qərarlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə katalon klubunun saytında məlumat verilib.
Açıqlamada qeyd olunub ki, "Barselona" ötən ilin yanvarında 20 milyon abunəçini keçən ilk idman klubu olub.
Digər aparıcı idman klubları və təşkilatlarından FIFA 23.6 milyon, NBA 23.3 milyon, "Real Madrid" 18.1 milyon, La Liqa 13.1 milyon, "Liverpul" 11.7 milyon abunəçiyə malikdir.