Rusiya böyük yarışların təşkili hüququndan məhrum edilə bilər
26-11-2019, 07:39
Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyanı bütün böyük yarışların təşkili hüququndan məhrum edə bilər.
Qurumun Uyğunluq üzrə komitəsi belə bir tövsiyə ilə çıxış edib.
WADA-nın İcraiyyə Komitəsinin dekabrın 9-da baş tutacağı iclasda bu tövsiyəyə baxılacaq. Uyğunluq üzrə komitə rusiyalı idmançılara 4 illik cəza ilə yanaşı, rəsmi şəxsləri beynəlxalq turnirlərə buraxmamağı da tövsiyə edib.
Rusiyanın keçirmək hüququndan məhrum ola biləcəyi ilk böyük yarış AVRO-2020-dir. Sankt-Peterburq final mərhələsinin 4 oyununa ev sahibi olmalıdır.//Apasport