Benzema “Real”ı məğlubiyyətdən xilas edib

16-12-2019, 02:31           
Benzema “Real”ı məğlubiyyətdən xilas edib
İspaniya La Liqasında XVII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günündə 5 matç baş tutub.

“Xetafe” iki cavabsız qolla “Valyadolid”ə qalib gəlib. “Sevilya” isə evdə “Vilyarreal”a uduzub.

Hərəsində 4 qolun vurulduğu “Selta” – “Malyorka” və “Espanyol” – “Betis” görüşlərində qalib müəyyənləşməyib.

“Real” səfərdə “Valensiya” ilə üz-üzə gəlib. “Yarasalar” Madrid təmsilçisi ilə görüşdə hesab açsa da, “Kral klubu” Kərim Benzemanın qolu ilə məğlubiyyətdən qaça bilib.

Qeyd edək ki, çempionatın növbəti oyunu dekabrın 18-də keçiriləcək. Təxirə salınmış matçda “Barselona” “Real”ı qəbul edəcək.

İspaniya La Liqası
XVII tur
15 dekabr
“Xetafe” – “Valyadolid” – 2:0
Kukurella, 36, Rodriges, 82
“Selta” – “Malyorka” – 2:2
Rafinya, 20, Aspas, 50 (pen.) – Sevilya, 33 (pen.), Budimir, 83
“Espanyol” – “Betis” – 2:2
Darder, 19, Espinosa, 41 – İqlesias, 4, Bartra, 67
“Sevilya” – “Vilyarreal” – 1:2
Munir, 61 – Albiol, 13, Ekambi, 74
“Valensiya” – “Real” – 1:1
Soler, 78 – Benzema, 90












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru