"Mançester Siti" səfərdə "Arsenalı" darmadağın edib

16-12-2019, 00:42           
"Mançester Siti" səfərdə "Arsenalı" darmadağın edib
İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində "Arsenal" "Mançester Siti"ni qəbul edib.

Trend-in məlumatına görə, "Mançester Siti" ev sahibi komandasını 0:3 hesabı ilə darmadağın edib. Oyunda qolları Kevin De Brüyne (2-ci və 40-cı dəqiqələr) və Rəhim Sterlinq (15-ci dəqiqə) vurublar.

Qeyd edək ki, 17 turdan sonra "Mançester Siti" 35 xalla 3-cü yerdə, "Arsenal" isə 22 xalla 9-cu yerdə qərarlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.