“Qalatasaray” sensasiyaya imkan verməyib

18-12-2019, 03:54           
“Qalatasaray” sensasiyaya imkan verməyib
Türkiyə kubokunda 1/16 final mərhələsinin cavab qarşılaşmalarına start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 5 görüş baş tutub.

İstanbulda sürprizə imza ataraq, “Qalatasaray”a 2:0 hesabı ilə qalib gələn “Tuzlaspor” doğma divarlar arasında üstünlüyünü qoruya bilməyib. “Sarı-qırmızılar” rəqib meydanında 4 cavabsız qolla qələbə qazanaraq, sensasiyaya imkan verməyiblər.

“Qalatasaray” kimi, “Kasımpaşa”, “Antalyaspor”, “Rizəspor” və “Antalyaspor” da mərhələ adlayıb.

Qeyd edək ki, 1/16 final mərhələsi dekabrın 19-da başa çatacaq.

Türkiyə kuboku 1/16 final, cavab oyunları 17 dekabr “Vanspor” – “Kasımpaşa” –2:2 İlk oyun: “Kasımpaşa” – “Vanspor” – 2:1

“Antalyaspor” – “Eyüpspor” – 2:2 İlk oyun: “Eyüpspor” – “Antalyaspor” – 0:3

“Samsunspor” – “Rizəspor” – 1:1 İlk oyun: “Rizəspor” – “Samsunspor” – 3:2

“Adanaspor” – “Antalyaspor” – 1:7 İlk oyun: “Antalyaspor” – “Adanaspor” – 5:1

“Tuzlaspor” – “Qalatasaray” – 0:4 İlk oyun: “Qalatasaray” – “Tuzlaspor” – 0:2












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru