Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun ikinci oğlu dünyaya gəlib. “Sobytiya News” bildirir ki, məlumatı 31 yaşlı idmançının yaxın ətrafı təsdiqləyib. Həbib və həyat yoldaşı Patimatın iki böyük övladı var – 4 yaşlı qızları Fatimə və 2 yaşlı oğulları Məhəmməd.
İdmançı ailəsini mətbuatdan gizli saxlamağa üstünlük verir.