"Real" yanvarda yeni oyunçular almayacaq

25-12-2019, 08:09           
"Real" yanvarda yeni oyunçular almayacaq
Madridin "Real" klubu qış transferi pəncərəsində yeni futbolçular almağı planlaşdırmır.

Bu barədə "Report" İspaniya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, "Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan mövsümün qalan hissəsində hücumçu Eden Azara və Qaret Beylə güvənəcək.

Klub rəhbərliyinin və Zidanın fikrincə, son matçlarda baş verən xal itkiləri heyətlə bağlı deyil. Rəhbərlik bunun uğursuzluqla əlaqəli olduğunu ehtimal edir. Klub həmçinin ötən ilin yayında "Ayntarxt"dan 60 milyon avroya "Real"a keçmiş serb hücumçu Luka Yoviçin inkişafına ümid edir.

Qeyd edək ki, "Real" 37 xalla İspaniya çempionatının yarış cədvəlində ikinci yer tutur. Madrid klubu Çempionlar Liqasının 1/8 finalına çıxıb. Qarşıda komandanı "Mançester Siti" ilə gərgin qarşılaşma gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru