Umut Meraş: “İki oyunumuzu Azərbaycanda keçirmək böyük üstünlükdür”

27-12-2019, 09:11           
Umut Meraş: “İki oyunumuzu Azərbaycanda keçirmək böyük üstünlükdür”
“Milli komanda ilə hələ çox böyük xəyallarım var. İnşallah, Avropa çempionu olub, bayrağımızı ən yüksəklərdə dalğalandırarıq”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin futbolçusu Umut Meraş deyib.

Yerli mətbuata danışan Fransanın “Havr” klubunun oyunçusu Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. O, A qrupunda yer alan Türkiyənin Bakıdakı oyunlarda azarkeş üstünlüyünün olacağını xüsusi vurğulayıb: “Çətin bir qrupda yer almışıq. İlk matçı Romada İtaliyaya qarşı keçirəcəyik. Bu, həm də açılış matçı olacaq. Fikrimcə, çox gözəl oyun olacaq. Komandamız və ölkəmiz həmişə böyük görüşləri sevib. Sevməyə də davam edəcəyik. İki oyunumuzu isə Azərbaycanda keçirəcəyik. Sanki Türkiyədə oynayacağımız kimi olacaq. Bu bizim üçün böyük üstünlükdür. İtaliyaya qarşı görüşü yaxşı keçirsək, qrupdan çıxacağımızı düşünürəm”.
Qeyd edək ki, Türkiyə yığması ilk oyununu iyunun 12-də Romada İtaliyaya, növbəti matçlarını həmin ayın 17-də Uels, 21-də isə İsveçrəyə qarşı Bakıda keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru