Messi uğurlu cərimə zərbələrinin sirrini açıqlayıb

27-12-2019, 09:18           
Messi uğurlu cərimə zərbələrinin sirrini açıqlayıb
"Barselona" futbol komandasının hücumçusu Lionel Messi cərimə zərbələrini uğurla reallaşdırmasından danışıb.

"Report" xəbər verir ki, məşhur futbolçu klubun rəsmi saytına müsahibəsində sirlərini bölüşüb.

"Bu həqiqətdir ki, mən qapıçıların öyrənilməsinə daha çox vaxt ayırmağa başladım. Mən onların hərəkətlərini izləyirəm, o addım atır ya yox. İndi mən bunu bir az çox öyrənirəm. Bütün bunlar məşqlər nəticəsində mümkün olub", - deyə Messi bildirib.

Lionel Messinin İspaniyanın çempionatının cari mövsümündə 13 matç keçirib və 13 qol vurub. Onun aktivində həmçinin 6 məhsuldar ötürmə var.

"Barselona" 18 turdan sonra 39 xal toplayaraq İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru