ABŞ-ın “Qastinq Bronkos” klubunun şərəfini qoruyan almaniyalı futbolçu Erik Briqitti Avstraliyada dincələrkən faciəvi şəkildə həlak olub.
Pravda.az-ın xəbərinə görə, 21 yaşlı idmançı dostları ilə qayalı sahildə gəzişərkə ayağı sürüşüb və suya düşüb. Suyun axını onu dənizin dərinliyinə aparıb. Orada isə futbolçunu 3 ağ akula gəmirərək öldürüblər.
Briqittinin cəsədi faciədən iki gün sonra aşkarlanıb.