"Bu əclafı yenə döymək üçün 100 milyon nəyimə lazımdır?"

5-02-2020, 00:00           
"Bu əclafı yenə döymək üçün 100 milyon nəyimə lazımdır?"
UFC çempionu Həbib Nurməhəmmədov Konor Makreqorla revanş döyüşü barədə müzakirələrə növbəti dəfə münasibət bildirib.

Həbib Konorla döyüşmək istəmədiyini bildirib. O, Serrone ilə döyüş barədə də danışıb:

“Konorla revanş mənim üçün maraqlı deyil. Hətta 100 milyon dollar versələr də. Bir çox idman növləri var ki, bu pulu ora yatırmaq olar. Bu əclafı yenə döymək üçün 100 milyon nəyimə lazımdır?

Serronenin ünvanına dediyim sözlər? Hesab etmirəm ki, o ifadələr sərt idi. Serrone son 10 döyüşün 7-də məğlub olub. Adam 10 döyüş keçirib, 7 dəfə məğlub olub, amma onu əfsanəvi, dünya səviyyəli idmançı adlandırırlar.

Qoy o, dünya səviyyəli olsun, amma mən hesab edirəm ki, onun mahnısı çoxdan oxunub".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru