Daha bir azərbaycanlı güləşçi Avropa çempionatında finala yüksəldi

12-02-2020, 00:40           
Daha bir azərbaycanlı güləşçi Avropa çempionatında finala yüksəldi
Azərbaycanlı güləşçi Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında finala yüksəlib.

Pravda.az xəbər verir ki, 82 kq-da mübarizə aparan azərbaycanlı pəhləvan yarımfinal görüşündə italiyalı Çiro Russo qarşılaşıb. Rəqibini 7:1 hesabı ilə məğlub edən idmançı qızıl medal uğrunda həlledici qarşılaşmaya vəsiqə qazanıb.


Qeyd edək ki, Rafiq Hüseynov əvvəlcə hollandiyalı güləşçi Tirone Sterkenburqa çətinlik çəkmədən qalib gəlib - 8:0. O, 1/4 final mərhələsində İsveç idmançısı Boqdan Kurinnoyu 3:2 hesabı ilə məğlub edərək, adını yarımfinala yazdırıb. Azərbaycanın daha bir yunan-Roma güləşçisi Sənan Süleymanov da finala yüksəlib. 77 kq çəki dərəcəsindəki idmançı bu gün qızıl medal uğrunda Zoltan Levai (Macarıstan) ilə üz-üzə gələcək.Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru