Ronaldo limitli buraxılışı olan avtomobil üçün sərvət ödədi - FOTO
31-07-2020, 17:52
"Yuventus"sun hücumçusu Kriştiano Roanldo avtomobil kolleksiyasına yenisini əlavə edib.
Offsideplus.az xəbər verir ki, portuqal ulduz "Bugatti Centodieci" markalı avtomobil üçün 8 milyon avro ödəyib.
"Bugatti Centodieci" məhdud buraxılışlı avtomobildir. Fransa firmasının yaradılmasının 100 illiyənə həsr olunan limitli seriyasından olan modeldən 10 ədəd hazırlanacaq.
Ronaldonun bu avtomobili "Yuventus"la A Seriyadakı çempionluq şərəfinə aldığı bildirilir. Futbolçu maşını 2021-ci ildə əldə edəcək.
Ötən gün Ronaldonun 6 milyon avroya yaxta aldığı məlum olmuşdu.