Messiyə 500 milyonluq təklif

31-08-2020, 00:02           
Messiyə 500 milyonluq təklif
İngiltərənin “Mançester Siti” futbol klubu İspaniya “Barselona”sının hücumçusu Lionel Messiyə 500 milyon avro təklif etməyə hazırdır. “Qafqazinfo” bildirir ki, bu barədə “Sport.es” xəbər verib.

Mənbənin məlumatına görə, 33 yaşlı argentinalı ilə müqavilə beş il müddətinə bağlanacaq. Futbolçulun illik maaşı 50 milyon avro təşkil edəcək.

Qeyd edilir ki, Messi üç ili İngiltərə Premyer Liqasında keçirəcək, daha sonra 2023/24 mövsümündə “Nyu-York Siti” klubuna qoşulacaq. O, Əsas Futbol Liqasına (MLS) keçid üçün 250 milyon avro bonus alacaq.

Xatırladaq ki, daha əvvəl Lionel Messi “Barselona”dan ayrılmaq qərarına gəldiyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru