Çempionlar Liqası: "Qarabağ"ın növbəti rəqibi müəyyənləşir

31-08-2020, 07:54           
Çempionlar Liqası:
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Püşkatma nəticəsində Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. İlk 2 mərhələdə Şimali Makedoniyanın "Sileks" (4:0) və Moldovanın "Şerif" (2:1) klublarını mübarizədən kənarlaşdırmış Ağdam komandası yenə səpələnmişlər səbətində yer alacaq. Bu isə Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin rəqibinin daha aşağı reytinqlilərdən ibarət səpələnməmişlər səbətindən çıxacağı anlamını verir.

Potensial rəqiblər isə Norveçin "Mölde", Danimarkanın "Midtüllann", Macarıstanın "Ferentsvaroş", Kiprin "Omoniya" və Belarusun "Dinamo" (Brest) komandalarıdır. Oyunlar sentyabrın 15-16-da püşk nəticəsində adı birinci göstərilən klubların meydanında olacaq.

31 avqust
Püşkatma mərasimi

Çempionlar Liqası
III təsnifat mərhələsi

Çempionlar Yolu
Səpələnmişlər
“Dinamo” (Xorvatiya)
“Yanq Boyz” (İsveçrə)
“Srvena Zvezda” (Serbiya)
“QARABAĞ” (AZƏRBAYCAN)
“Makkabi” (Təl-Əviv, İsrail)

Səpələnməmişlər
“Mölde” (Norveç)
“Midtüllann” (Danimarka)
“Ferentsvaroş” (Macarıstan)
“Omoniya” (Kipr)
“Dinamo” (Brest, Belarus)

Liqa Yolu
Səpələnmişlər
“Benfika” (Portuqaliya)
“Dinamo” (Kiyev, Ukrayna)
“Gent” (Belçika)

Səpələnməmişlər
“Rapid” (Vyana, Avstriya)
PAOK (Yunanıstan)
AZ (Alkmaar, Niderland)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru