Həbib Nurməhəmmədov rəqibinə qarşı istifadə edəcəyi fəndləri açıqladı

2-10-2020, 06:56           
Həbib Nurməhəmmədov rəqibinə qarşı istifadə edəcəyi fəndləri açıqladı
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov gələcək rəqibi Castin Qetjini boğucu üsulla məğlub etmək istədiyini etiraf edib.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

"Mənim arsenalımda hələ sol əllə etdiyim “gilyotin” fəndi də var.. Bilmirəm, müvəffəq olacam ya yox, amma məşqlərdə onu edirəm.

Mənim hələ çox yaxşı kimur üsulum (ingiliscə “kimura”, - ən çox geniş yayılmış döyüş üsullarından biri- red) var. Rəqibin qarnı üstündə oturursan, onu dirsəklə vurursan və əgər kürəyini yerə versə, onda onu boğa bilərsən”.

“Ümumiyyətlə, mənim çox üsulum var, hamısını sınaqdan keçirmək maraqlıdır. Hesab edirəm ki, UFC hələ tamamilə açılmayıb, nəyə qadir olduğumu bilirəm. Üçüncü raundda “gilyotin” fəndindən istifadə etmək istərdim", - idmançı bildirib.

Döyüş oktyabrın 24-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru