“Tottenhem”in uöurlu seriyası qırılıb, “Liverpul” vahid lider olub

17-12-2020, 07:49           
“Tottenhem”in uöurlu seriyası qırılıb, “Liverpul” vahid lider olub
İngiltərə Premyer Liqasında XIII tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 6 oyun keçirilib.

Bərbad mövsüm keçirən “Arsenal” əvəzində parlaq çıxışla diqqət çəkən “Sauthempton”la üz-üzə gəlib. Premyer Liqanın son 5 oyununda cəmi 1 xal toplayan “topçular” uğursuz seriyaya son qoya bilməyib – 1:1.

Yuxarı pillələrə iddia edən “Lester”lə “Everton”un duelindən üstün ayrılan qonaqlar turnir cədvəlində rəqibi ilə xal fərqini 1-ə endirib.

Turun mərkəzi oyunu Liverpulda baş tutub. I turda “Everton”a məğlubiyyətdən bəri yenilgi üzü görməyən “Tottehem” liderliyi bölüşdüyü son çempion “Liverpul”un qonağı olub. Rəqibi üzərində minimalhesablı qələbə qazanan “qırmızılar” həm rəqibinin uğurlu seriyasını qırıb, həm də vahid liderliyi ələ keçirib.

Qeyd edək ki, dünən “Mançester Siti” – “Vest Bromviç” (1:1) və “Vulverhempton” – “Çelsi” (2:1) oyunları ilə start verilən tura dekabrın 17-də baş tutacaq “Aston Villa” – “Bernli” (22:00), “Şeffild Yunayted” – “Mançester Yunayted” (00:00) matçları ilə yekun vurulacaq.

İngiltərə Premyer Liqası
16 dekabr
“Arsenal” – “Sauthempton” – 1:1
Obameyanq, 52 – Uolkott, 18
“Lids” – “Nyukasl” – 5:2
Bamford, 35, Rodriqo, 61, Dallas, 77, Alioski, 85, Harrison, 88 – Hendrik, 26, Klark, 65
“Lester” – “Everton” – 0:2
Rişarlison, 21, Holqeyt, 72
“Fulhem” – “Brayton” – 0:0
“Liverpul” – “Tottenhem” – 2:1
Salah, 26, Firmino, 90 – Son, 33
“Vest Hem” – “Kristal Pelas” – 1:1
Haller, 55 – Benteke, 34












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.