Dünya Kuboku: Bir idmançımız finaldadır, üç güləşçimiz isə bürünc medal qazana bilər

17-12-2020, 21:49           
Dünya Kuboku: Bir idmançımız finaldadır, üç güləşçimiz isə bürünc medal qazana bilər
Azərbaycanın daha bir sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda finala çıxmaq şansını əldən verib.

Sfera.az-ın məlumatına görə, yarımfinalda belaruslu Aleksandr Xuştinlə üz-üzə gələn Şamil Zubairov (97 kq) 0:8 hesabı ilə uduzub.

O, sabah bürünc medal qarşılaşmasına çıxacaq. Zubairovla yanaşı, Hacı Əliyev (65 kq) və Rəşad Yusifli (79 kq) də 3-cü yer uğrunda güləşəcək.

61 kq

1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Eloyan (Fransa) 9:5

1/4 final: Əhmədnəbi Qvarzatilov - Georgi Vangelov (Bolqarıstan) 4:3

1/2 final: Əhmədnəbi Qvarzatilov - Muhamad İkromov (Tacikistan) - 8:1

Final: Əhmədnəbi Qvarzatilov - Abashacı Məhəmmədov (Rusiya)

65 kq

1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (Rusiya) 4:0

1/4 final: Hacı Əliyev - Ernazar Akmataliyev (Qırğızıstan) 6:4

1/2 final: Hacı Əliyev - İsmayıl Musukayev (Macarıstan) - 6:7

Bürünc medal görüşü: Hacı Əliyev - İlman Muxtarov (Fransa) / Niurqun Skriabin (Belarus) cütünün qalibi

79 kq

Təsnifat: Rəşad Yusifli - Muhammet Kotanoğlu (Türkiyə) 2:5

Təsəlliverici görüş: Rəşad Yusifli - Vasile Minjala (Rumıniya)

97 kq

1/4 final: Şamil Zubairov - Samhan Cəbrayılov (Moldova) 8:1

1/2 final: Şamil Zubairov - Aleksandr Xuştin (Belarus)- 0:8

Bürünc medal görüşü: Şamil Zubairov - Ahmed Batayev (Bolqarıstan)

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib. Qadınlardan isə Elis Manolova (65 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru