Azərbaycan Kuboku: 1/4 finalın son 3 iştirakçısı bəlli olur

25-01-2021, 08:16           
Azərbaycan Kuboku: 1/4 finalın son 3 iştirakçısı bəlli olur
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin son 3 görüşü keçiriləcək.

"Report"un məlumatına görə, günün ilk matçı Tovuzda yerli komanda ilə "Qəbələ" arasında gerçəkləşəcək. I Dİvizion və Premyer Liqa təmsilçiləri indiyədək kubokda üz-üzə gəlməyiblər. Cütün qalibi 1/4 finalda "Qarabağ"ın rəqibi olacaq.

Saat 16:00-da start götürəcək görüşdə "Qaradağ Lökbatan"la "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Bunadək ölkə kubokunda 2 dəfə qarşılaşmış kollektivlərin duelində heç-heçə qeydə alınmayıb. 2014/2015 mövsümündə aşağı dəstə təmilçisi “Qaradağ Lökbatan” mərhələ keçibsə, ötən mövsümdə “Zirə” böyükhesablı qələbə əldə edib. Top fərqi "qartallar"ın xeyrinədir - 4:1. Mərhələni keçən tərəf növbəti raundda "Neftçi" ilə üz-üzə gələcək.

1/8 final mərhələsinin son oyunu Masazırda olacaq. "Sabah" I Divizon təmsilçisi "Kəpəz"i qəbul edəcək. Komandalar indiyədək kubok matçında qarşılaşmayıblar. Bu görüşün qalibi 1/4 finalda "Keşlə" ilə oynayacaq.

Azərbaycan Kuboku, 1/8 final

25 yanvar (bazar ertəsi)

14:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu

16:00. “Qaradağ Lökbatan” – “Zirə”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Dalğa Arena”.

17:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”

Qeyd edək ki, 1/8 finalın ilk oyununda "Səbail" I Divizion təmsilçisi "Zaqatala"nı 3:2 hesabı ilə məğlub edərək, növbəti raundda "Sumqayıt"a rəqib olub. 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru