"Palmeyras" Libertadores Kubokunu uddu

31-01-2021, 02:35           
"Palmeyras" Libertadores Kubokunu uddu
Braziliyanın "Palmeyras" və "Santos" komandaları arasında Libertadores Kubokunun final matçı keçirilib.

“Report” xəbər verir ki, görüş Rio-de-Janeyronun "Marakana - Mario Filyu" stadionunda baş tutub və “Palmeyras”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar bütün matç ərzində hesabı açmağa çalışsalar da, yeganə qol görüşün sonunda vurulub. Matçın argentinalı baş hakimi Patrisiu Loustau qarşılaşmanın ikinci hissəsinə səkkiz dəqiqə əlavə edib. Qolu meydana 85-ci dəqiqədə çıxmış hücumçu Breno Enrike vurub.

Qeyd edək ki, qoldan bir neçə dəqiqə əvvəl hakim “Palmeyra”nın baş məşqçisini idmana yaraşmayan hərəkətinə görə stadiondan uzaqlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru