Messi "Barselona"da 650-ci qolunu vurdu

1-02-2021, 07:30           
Messi "Barselona"da 650-ci qolunu vurdu
İspaniya Primerasının 21-ci turunun matçında "Barselona" "Atletik” (Bilbao) ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, görüş Barselonada "Kamp Nou" stadionunda keçirilib və “Barselona”nın 2:1 hesablı qələbəsi ilə qurtarıb. Komandanın qollarından birini Lionel Messi vurub.

Bu, argentinalı hücumçunun “Barselona”nın heyətində çıxış etdiyi yarışlarda vurduğu 650-ci qol olub. O, İspaniya Primerası çərçivəsində 456 qol vurub.

Messinin komanda ilə müqaviləsi cari ilin 30 iyununa qədər qüvvədədir. Argentinalı hücumçu ötən yay Katalon klubundan getməyə cəhd edib, ancaq sonra komandada qalmağa qərar verib. Otuz üç yaşlı oyunçuya əsas iddialılar "Mançester Siti" və PSJ komandalarıdır.

"Barselona" 20 matçda 40 xal yığıb və Primeranın yarış cədvəlində əlavə göstəricilər üzrə “Real"ı ötüb. “Atletik” 24 xalla siyahıda 11-ci yer tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru