Çempionlar Liqasının hakimi futbolçudan avtoqraf alıb

7-04-2021, 17:48           
Çempionlar Liqasının hakimi futbolçudan avtoqraf alıb
İngiltərənin “Mançester Siti” və Almanıyanın “Borussiya" (Dortmund) komandaları arasında keçirilən Çempionlar Liqasının 1/4 finalının birinci oyunundan sonra mətbuatda xeyli müzakirələrə yol açan maraqlı hadisə baş verib.

“Report”un “TalkSport” nəşrinə istinadən məlumatına görə, oyunun başa çatmasından dərhal sonra rumıniyalı yan xətt hakimi Oktavian Şövre 20 yaşlı hücumçu Erlinq Holanda yaxınlaşaraq, ondan avtoqraf alıb.

İngiltərə Premyer Liqasının sabiq oyunçuları Ouen Harqrivz və Coleon Leskot hakimin bu addımını tənqid ediblər.

“Təbii ki, hər bir başqa insan kimi siz də oyunçunun (Holandın) pərəstişkarı ola bilərsiz, amma bunu belə vaxt etmək olmaz, bu, sadəcə, düzgün deyil”, - vaxtilə “Mançester Yunayted”in şərəfini qorumuş Harqrivz deyib.

“Bunun üçün heç vaxt uyğun vaxt olmur, belə davranış hakim üçün yaxşı heçnə vəd etmir. Bu, sadəcə, uşaqlıq kimi görünürdü”, - Leskot əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru